...

Azərbaycan, Qazaxıstan və Gürcüstan hökumətləri TRACECA dəhlizinin genişləndirilməsinin tərəfdarıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 18:45 (UTC +04:00)
Azərbaycan, Qazaxıstan və Gürcüstan hökumətləri TRACECA dəhlizinin genişləndirilməsinin tərəfdarıdır

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycanın hökumət başçısı Artur Rəsizadə, Qazaxıstanın hökumət başçısı Kərim Məsimov və Gürcüstanın hökumət başçısı Zurab Noqaideli aprelin 4-də Bakıda keçirilmiş üçtərəfli görüşdən razı qalıblar.

Z.Noqaidelinin sözlərinə görə, görüşdə regional əməkdaşlıq üzrə bir sıra məsələlər müzakirə olunub. Həmçinin daşınma üzrə dövlətlərarası qarşılıqlı münasibətlər məsələsi müzakirə olunub və müvafiq nazirlərin, Gürcüstan tərəfindən isə nəqliyyat və iqtisadi inkişaf nazirinin başçılıq edəcəyi işçi qrup yaradılıb.

"Fikirləşirəm ki, bu məsələlərin həlli yalnız üçtərəfli münasibətlərə deyil, həmçinin hər bir dövlətin iqtsiadi inkişafına stimul verəcək və bu, yaxşı başlanğıcdır", - deyə Gürcüstanın baş naziri bildirib.

Azərbaycanın hökumət başçısı danışıqlardan məmnunluğunu qeyd edərək bildirib ki, praktiki olaraq qarşılıqlı münasibətlərin yaradılması ilə bağlı bütün məsələlər müzakirə olunub. "Onların həyata keçirilməsinin konkret yolları müzakirə edilib. Əminəm ki, növbəti görüş bizi əhəmiyyətli dərəcədə irəli aparacaq", - deyə A.Rəsizadə qeyd edib.

Tərəflər TRACECA nəqliyyat dəhlizinin yeni inkişafa nail olunması məsələsində tamamilə həmrəylik nümayiş etidirblər. Həmçinin energetika və əməkdaşlığın digər imkanları müzakirə olunub.

"Biz yük daşınmalarının nizama salınmasından fiziki şəxslərin hərəkətini stimullaşdırmağa keçirik", - deyə A.Rəsizadə bildirib. Həmkarlarına dəstək olaraq Qazaxıstanın baş naziri regional əməkdaşlığın geniş perspektiv dairəsini nəzərə alaraq ölkəsinin bu ölkələrdə iqtisadiyyatın yenidən qurulmasını maraqla izlədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti