...

Vergi qanunvericiliyində maliyyə sanksiyalarının və administrativ cərimələrin miqdarı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2007 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Vergilər Nazirliyi 2007-ci ilin birinci rübündə əhali ilə nəğd hesablaşmanın, valyuta əməliyyatlarının gerçəkləşdirilməsi, aksiz markaların və əmək müqavilələrinin tətbiqi və lisenziyalı fəaliyyət növləri ilə bağlı opertiv nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. Verilən məlumatda bildirilir ki, 1353 obyektdə aparılan yoxlamalar zamanı 1326 obyektdə əhali ilə nəğd hesablaşma pozuntusu aşkar edilib. Tərtib edilən aktlara əsasən qaydaları pozanlara qarşı ümumi dəyəri 108 min manat olan maliyyə sanksiyası tətbiq olunub. Birinci rübdə administrativ cərimə və sanksiyalar hesabına dövlət büdcəsinə 376,6 min manat köçürülüb. Bu, ötən ilki göstəricidən 209,3 min manat artıqdır.

Avtonəqliyyatda fərqləndirici nişanların tətbiqi qaydalarının pozulması üzrə 103 fakt qeydə alınıb. Nəticədə maliyyə sanksiyalarının ümumi həcmi 2,9 min manata çatıb. Ötən ilki qalıqlar da nəzərə alınsa, ümumilikdə dövlət büdcəsinə 5,4 min manat köçürülüb.

28 obyektdə 35040 markası olmayan və yaxud saxta markalı aksiz aşkarlanıb, 164 obyektdə isə 308 əmək müqaviləsi olmayıb. Bununla əlaqədər 550 obyektdə protokollar tərtib olunub və 3,9 min manatlıq administrativ sanksiyalar tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti