...

Azərbaycan iqtisadiyyatında dollarlaşma azalmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 16:38 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Azərbaycanın Milli Bankı il ərzində ölkə iqtisadiyyatının dollarlaşdırılması səviyyəsinin azaldığını təsdiq edib. 2007-ci il martın sonunda son il ərzində depozit portfelinin ümumi strukturunda xarici valyutada əmanət və depozitlərin ümumi kütləsi 18 faiz azalıb, M3 pul aqreqatında isə bu göstərici 36,1 faiz təşkil edib.

Bu proseslər manat məzənnəsinin sərbəst dönərli valyutalara möhkəmlənməsi və denominasiya nəticəsində əhalinin milli valyutaya etibarının artması ilə xarakterizə olunur.

1 aprel 2007-ci il göstəricisinə əsasən, xarici valyutada əmanət və depozitlərin artım templəri keçən ilin analoji dövrü ilə müqayisədə 15 faiz səviyyəsində olub. Fiziki şəxslərin manatla əmanətlərinin artım tempi də xarici valyuta ilə əmanətlərinin artım tempini üstələyib. Belə ki, ötən 12 ay ərzində əhalinin manatla əmanətləri 4.2 dəfə, xarici valyutada əmanətləri 30.1% artıb. Fiziki şəxslərin əmanətlərinin strukturunda xarici valyutada olan əmanətlərin xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 87.3%-ə qarşı 1 aprel 2007-ci il tarixinə 69.1% təşkil edib.

Fiziki şəxslərin manat əmanətləri hüquqi şəxslərin manat depozitlərinin artım templərini üstələyib. Əmanət və depozitlərin ümumi həcmində depozitlərin ümumi çəkisi keçən ilin 1 aprel tarixinə 78,6 faiz azalıb, 2007-ci ilin martın sonuna 66,3 faiz azalıb. Fiziki şəxslərin manat əmanətləri son il ərzində təxminən 4,2 dəfə artıb.

Uzunmüddətli manat əmanətləri il ərzində 4,1 dəfə artıb. AMB ölkə banklarına qeyri-rezidentlər tərəfindən manat əmanətlərinin qoyuluşunun artımını da qeyd edib. 1 aprel 2007-ci ilə əsasən, fiziki şəxslərin - qeyri-rezidentlərin qısamüddətli manat əmanətləri keçən ilin martı ilə müqayisədə 7,1 dəfə, uzunmüddətli isə 4,1 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti