...

Rusiya-Azərbaycan sərhədinin Samur Sərhəd-Keçid Məntəqəsində yeni terminal istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 19:31 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Rusiya-Azərbaycan sərhədinin Samur Sərhəd-Keçid Məntəqəsində cümə axşamı yeni terminalın açılışı olub. Terminalın açılışında iştirak edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev terminalı strateji obyekt kimi dəyərləndirib. A.Əliyev bildirib: "Yeni terminal iki ölkənin iqtisadi əlaqələrinin inkişafına böyük təsir edəcək".

Terminal iki ilə inşa olunub, beş hektar ərazini əhatə edir və tikintisi 5 mln. 100 min manata başa gəlib.

Azərbaycanın Xaçmaz rayonu paytaxt Bakıdan 151 km məsafədə yerləşir, 130 min nəfər əhalisi var.

Xəbər lenti

Xəbər lenti