...

Sabirabad-İmişli magistral avtomobil yolunun yenidən qurulması üzrə kredit sazişinin imzalanacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 19:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Yaxın vaxtlarda Sabirabad-İmişli magistral avtomobil yolunun tikintisi və yenidən qurulması üzrə kredit sazişi imzalanacaq. Bu barədə cümə axşamı "Azəryol" ASC-nin sədri, millət vəkili Cavid Qurbanov məlumat verib.

Qurbanov qeyd edib ki, artıq bununla bağlı danışıqlar başa çatıb. Saziş imzalanandan sonra Sabirabad-İmişli yorlunun tikintisinə və yenidən qurulmasına başlanılacaq. Lakin "Azəryolservis" sədri hansı maliyyə institutu ilə razılığa gəlindiyini açıqlamayıb.

Qurbanov onu da bildirib ki, 2008-ci ilin sonuna qədər Azərbaycanın strateji əhəmiyyətli magistral yollarında tikinti və yenidənqurma işləri başa çatdırılacaq

O söyləyib ki, Bakı-Şamaxı, Bakı-Gürcüstan sərhədi və şimal istiqamətində olan yollarda aparılan yenidənqurma və tikinti işləri başa çatmaq üzrədir.

Xəbər lenti

Xəbər lenti