...

"Bank of Baku" EBRR kreditinin mənimsənilməsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / " / "Bank of Baku"dan çərşənbə axşamı verilən məlumata görə, iyun ayında "Bank of Baku" Azərbaycan bankları arasında müştərək kreditləşmə çərçivəsində EBRR layihəsini uğurla başa çatdıran ilk bank olub. 2006-cı ilin dekabr ayında "Avrobank" ASC və

"Bank of Baku" bankın iri korporativ müşrtərilərinin layihələrini birgə maliyyələşdirmək məqsədilə 5 mln. dollar dəyərində müqavilə imzalayıblar. Müqaviləyə əsasən, bu layihə üzrə risklər 50/50 sisteminə uyğun olaraq bölüşdürüləcək.

EBRR ilə əməkdaşlıq bank tərəfindən yüksək qiymətləndirilir , belə ki, bu layihənin reallaşması korporativ müştərilərin artımını stimullaşdırmağa, həmçinin bankın fəaliyyətini iqtisadiyyatın neft sektorunun maliyyələşməsinə yönəltməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti