Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın Vergilər Nazirliyi bu günə qədər satılan məhsulların üzərində aksiz markalarının mövcud olması ilə bağlı 15525 yoxlama keçirib. Bazar ertəsi Vergilər Nazirliyinin yaydığı məlumatda 760 pozuntu halının aşkar edildiyi göstərilib.
Yoxlamalar zamanı aksiz markası olmayan 158400 manat dəyərində 119601 məhsul aşkar olunub. Bunlardan 19303-ü tütün məmulatı, 100298-i alkoqollu içkiləşr olub.
Məlumatda göstərilib ki, iyun ayının 25-dən Vergilər Nazirliyi pozuntuların aşkar olunması üzrə operativ işlər aparır.