...

"AtaLizinq" ASC fəaliyyətinin üç illiyini qeyd edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "AtaLizinq" şirkətinin məlumatında bildirilir ki, şirkət fəaliyyətinin üçilliyini qeyd edib.

Şirkət Azərbaycanın lizinq bazarında 2004-cü ildən fəaliyyət göstərməyə başlayıb. Şirkətin səhmlərinin 64%-i "AtaHolding", 36%-i isə "AtaBank"a məxsusdur. "AtaLizinq" şirkətinin nizamnamə kapitalı 2004-cü ildə 500 min manat təşkil edib.

2003-cü ilin avqust ayında şirkət Bakı Fond Birjasında korporativ istiqrazlar buraxıb. 2004-cü ilin dekabrında "AtaLizinq" lizinq əməliyyatları yolu ilə bankın kompüter texnikasının alınması ilə bağlı Azərbaycanın Milli Bankı tərəfindən elan olunan tenderin qalibi elan olunub.

2005-ci ilin yanvar ayında şirkətdə "Deloitte & Touche" MMC tərəfindən beynəlxalq maliyyə auditi başa çatdrılıb.

"AtaLizinq" Azərbaycanın lizinq şirkətləri arasında ilk dəfə olaraq şirkətin keyfiyyətli idarə edilməsi ilə bağlı audit keçirib və mayın 25-də İSO 9001: 2000 sertifikatı əldə edib.

İyunun 21-də şirkətin təsisçilərinin yığıncağında şirkətin nizamnamə kapitalı 100% artırılaraq 1 mln. manata çatdırılıb. Şirkət ümumi məbləği 4,522 mln. manat olan 85 lizinq müqaviləsi imzalayıb. İyunun 30-da şirkətin lizinq portfeli 2,286 mln. manat təşkil edib, bu məbləğin 83%-ü Bakının, 17%-i isə regionların payına düşür.

"AtaLizinq" şirkətinin lizinq əməliyyatları əsasən xüsusi texnika, nəqliyyat vasitələri və tikinti texnikasının payına düşür. Şirkətin portfelinin 17%-i sənaye istehsalının, 14%-i isə nəqliyyat sektorunun payına düşür.

Xəbər lenti

Xəbər lenti