...

Azərbaycan Dövlət Baytarlıq Xidməti mal-qara arasında tək-tük brüselyoza yoluxma halları qeydə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti cümə günü ölkənin bir sıra regionlarda brüselyozla mübarizə üzrə profilaktik tədbirlərin yekunlarını müzakirə edib. Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib ki, Biləsuvar və İmişli bölgələrində aparılan monitorinqlərin nəticələri müzakirə olunub.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində iri və xırdabuynuzlu mal-qara arasında xəstəliyin mövcudluğu aşkar olunub.

"Aşkar olunan hallar çox azdır, məsələn 10 min də 5-6 baş heyvan. Bizim məqsədimiz isə ümumiyyətlə bu xəstəliyi ləğv etməkdir", - deyə Xanvəli bildirib.

O xəbər verib ki, bu cür tədbirlər sentyabr ayından ölkənin digər regionlarında da başlanılacaq.

Brüselyoz - infeksiyon-allergiyalı xəstəlikdir.

Brüselyozun insan üçün patogen üç növü ayrılır: xırdabüynuzlu heyvanda brüselyoz yaradan brüsella; iri buynuzlu heyvanda brüselyoz yaradan brüsella; donuzlarda brüselyoz yaradan brüsella.

İnsan üçün xəstəliyin əsas mənbəyi iri və xırda buynuzlu mal-heyvan və donuzlardır.

Brüselyoz süddən, heyvan yunu, su və torpağın xəstə heyvanın sidik və ifrazatına bulaşmasından yayılır. Xəstəliyə hər yerdə rast gəlinir.

Xəbər lenti

Xəbər lenti