...

Bakı-Tiflis-Qars dəmir yolunun şərəfinə xatirə sikkələri buraxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 19:55 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirtsxaliya/ Yaxın zamanlarda hazırda tikintisi davam edən Bakı-Tiflis-Qars dəmir yolunun şərəfinə yeni xatirə sikkələrinin hazırlanması planlaşdırılır. Gürcüstan Milli Bankından cümə günü bildiriblər ki, bu barədə qərarı Milli Bankın xüsusi komissiyası qəbul edib.

Sikkələrin dizaynının razılanması üçün avqustun ikinci yarısında Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Sikkənin reversinin dizaynı eyni olacaq, avers hissəsində isə üç ölkənin pul nişanları manat (Azərbaycan), lari (Gürcüstan) və lirə (Türkiyə) əks olunacaq.

Xəbər lenti

Xəbər lenti