...

Qazaxıstanda baş nazirin yeni müavini təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2007 17:58 (UTC +04:00)

Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Qazaxıstanın baş nazirinin müavini vəzifəsinə Umirzak Şukeev təyin olunub. Bu barədə bazar ertəsi respublika hökumətindən məlumat verilib.

43 yaşlı Şukeev indiyə qədər Cənubi Qazaxıstan vilayətinin akimi (administrasiya rəhbəri) vəzifəsində çalışırdı. Daha öncə isə o, Kostanay vilayəti (şimalda) və Astana akimatına (administrasiyası) rəhbərlik edib, hökumətdə məsul vəzifələrdə çalışıb.

Baş nazirin əvvəlki müavini 53 yaşlı Aslan Musin hakim "Nur Otan" partiyasından respublika parlamentinə deputat seçilib.

Xəbər lenti

Xəbər lenti