...

Energetika naziri: "Böyük Britaniya "Nabukko" kəmərinin tikintisini dəstəkləyir"

Energetika Materials 19 Sentyabr 2007 19:52 (UTC +04:00)
Energetika naziri: "Böyük Britaniya "Nabukko" kəmərinin tikintisini dəstəkləyir"

Azərbaycan, Bakı/ Trend / Böyük Britaniya "Nabukko" kəmərinin tikilməsi layihəsini dəstəkləyir. Bunu Böyük Britaniyanın energetika naziri Malkolm Viks Türkiyəninin CNBC kanalına müsahibəsində bildirib.

Nazir bildirib ki, Rusiya energetika sektorunda mühüm bir fiqur kimi bu layihəyə təhlükə törətməyəcək.

RF Qara dənizdən keçməklə Rusiyadan Bolqarıstana gedən "Mavi axın" layihəsini fəal şəkildə təbliğ edir.

"Türkiyə, Türkmənistan və Azərbaycandan qaz tədarükü mənbələrinin birləşdirilməsi üçün yeni yolları inkişaf etdirmək lazımdır" - deyə o söyləyib. Bu kəmər Rusiya yanacağından Avropanın asılılığını azaltmaq üçün Xəzər və İran qazının Avropaya verilməsi üçün nəzərdə tutulub.

Uzunluğu 4 min km olacaq "Nabucco" qaz kəməri Xəzər və Orta Asiya qazının Avropaya tədarük olunmasını təşmin edəcək. Qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriyadan keçəcək. Qaz kəmərinin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. "Nabucco" qaz kəmərinin tikintisinə tələb olunan investisiya 5 mlrd. avro dəyərində qiymətləndirilir. Kəmərin tikintisi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulgargaz" və Rumıniyanın "Transgaz" şirkətləri məşğul olur.

Xəbər lenti

Xəbər lenti