...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 2 Noyabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir V.Şərifov/ CİF Augusta neftinin qiyməti noyabrın 1-də $91,05/barrelə çatıb. Cümə günü artıq 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, cümə axşamı neftin qiyməti cümə çərşənbə günü ilə müqayisədə $0,21/barr aşağı düşüb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARDNŞ-dan verilən məlumata görə, FOB Ceyhan neftinin qiyməti noyabrın 1-də $89,77/barr təşkil edib, bu isə ötən qiymətdən $1,23/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

URAL (EX-NOVO) neftinin qiyməti noyabrın 1-də $86,02/barr təşkil edib, bu isə ötən qiymətdən $1,27/barr çoxdur.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti oktyabrın 25-də $85,18/barr təşkil edib, bu isə ötən qiymətdən $1,52/barr çoxdur.

Xəbər lenti

Xəbər lenti