...

Azərbaycanda rekord qaz sərfi qeydə alınıb

Energetika Materials 7 Yanvar 2008 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ "Azeriqaz" -dan bazar ertəsi verilən məlumata görə, bu gün Azərbaycanda təlabatçılara sutkada təxminən 20 mln. kubmetr qaz verilir. Ötən ilin əvvəlində bu göstərici 16 mln. kubmetr təşkil edib. Bu, cari ildə qaza olan təlabat rekord göstəricidir.

"Təlabatçılara bu həcmdə qaz hələ bu günə qədər verilməyib" - deyə QSC-dən bildiriblər.

Qaza olan təlabatın artması hava şəraitinin pisləşməsi ilə əlaqədardır. Abonentlərə verilən yanacağın ümumi həcmindən təxminən 11,5 mln. kubmetri Bakı təlabatçılarına, 9 mln. kubmetri isə ölkənin digər ərazilərinin abonentlərinə tədarük olunur.

"Bakıelektrikşəbəkə" ASC-dən (Bakının paylayıcı şəbəkəsini idarə edir) bildiriblər ki, Bakıda elektrik enerjisinə təlabatın əhəmiyyətli dərəcədə artımı müşahidə olunmur. Hazırda abonentlərə sutkalıq təxminən 33-35 mln. kVt/saat elektrik enerjisi verilir. Paytaxtda havanın soyumasına qədər elektrik enerjisinin ötürülüməsi sutkada 30-31 mln. kVt/saat həcmində həyata keçirilirdi.

"H.Əliyev adına" Bakı Beynəlxalq Aeroportundan bildiriblər ki, hava şəraitinin pisləşməsinə baxmayaraq aerapotda hava gəmilərinin uçuşu və enişi problemsiz həyata keçirilir.

İctimai nəqliyyatın işinin pisləşməsi səbəbindən (avtobus və marşrut taksiləri) Bakı mertosunda sərnişin sayında arım müşahidə olunur. Hazırda metropoliten gücləndirilmiş iş rejiminə keçib. Marşruta hərəkət intervalının azaldıılması üçün əlavə qatarlar buraxılıb.

Xəbər lenti

Xəbər lenti