...

Sumqayıt şəbəkəsinin artan tələbatının ödənilməsi üçün yeni elektrik yarımstansiyası tikiləcək

Energetika Materials 4 Aprel 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel/ Trend , müxbir E.İsmayılov/ "Azərenerji" Səhmdar Cəmiyyəti Sumqayıt şəhərinin keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yeni yarımstansiyanın tikintisi haqqında qərar qəbul edib. Bu barədə SC-nin cümə günü yayılan məlumatında deyilir. Yarımstansiyada hər birinin gücü 63 MVA olan üç transformator qurulacaq.

Mütəxəssislər bu regionda elektriK enerjisinə olan təlabatın nəzərəçarpacaq dərəcədə artacağını proqnozlaşdırıRlar. Elektrik enerjisinə artan təlabatın ödənilməsi məqsədilə mövcud "Sumqayıt-3" yarımstansiyasının beş kilometrliyində yeni yarımstansiya tikmək planlaşdırılır.

Hazırda "Sumqayıt-3"-ün yeniləNməsi üzrə işlər aparılır. Bu layihə Sumqayıtın sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, sənaye müəssisələrini, şəhərin vacib obyektlərini elektrik enerjisi ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti