...

Böyük Britaniya "Nabukko" layihəsini dəstəkləyir (video)

Energetika Materials 7 May 2008 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / " , müxbir S.Ağayeva / Böyük Britaniya "Nabukko" marşrutu üzrə qaz nəqli layihəsini dəstəkləyir və onu Avropaya enerji resurslarının tədarükü üçün yaxşı imkan hesab edir. Bu barədə çərşənbə günü Bakıda Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Cim Mörfi bildirib.

Azərbaycan bu layihədə həm qaz ixracatçısı, həm də tranzit ölkə kimi əsas yerlərdən birini tutur. Mörfi bildirib ki, Böyük Britaniya Avropaya enerji resurslarının tədarükü üzrə diversifikasiyada Azərbaycanın roluna böyük önəm verir.

"Nabukko" qaz kəməri üzrə Azərbaycan və Mərkəzi Asiyadan qazın Türkiyə, Bolqarıstan və Rumıniyadan keçməklə Aİ ölkələrinə tədarük olunması nəzərdə tutulub. Mərkəzi Asiyadan "Nabukko"ya qədər qaz Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan Transxəzər qaz kəməri vasitəsilə tədarük oluna bilər.

Transxəzər qaz kəməri Xəzərin Qazaxıstan və Türkmənistan sahillərindən Azərbaycana qədər uzadıla bilər. Orta Asiya qazı Azərbaycandan "Nabukko" qaz kəmərinə daxil olana qədər hazırda fəaliyyətdə olan Cənubi-Qafqaz (Bakı-Tbilisi-Ərzurum) qaz kəməri vasitəsilə çatdırılacaq.

İlk tədarük 2013-cü ildə başlayacaq. Layihənin ümumi dəyəri 7,4 mlrd. dollar təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti