...

Bu gün Bakıda "Xəzərin nefti və qazı, neft emalı və neft kimiyası" sərgisi işinə başlayır

Energetika Materials 3 İyun 2008 05:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun / Trend / Çərşənbə axşamı Bakıda ənənəvi, hər il keçirilən 15-ci "Xəzərin nefti və qazı, neft emalı və neft kimiyası" sərgisi və konfransı başlayır və 6 iyuna kimi davam edəcək. Bu tədbirin keçirilməsi Azərbaycanın neft və qaz sektorlarunun inkişafında böyük rol oynayır. Sərginin təşkilatçıları qismində Azərbaycanın ticarət-sənayyə palatası, ITE Group PLC və Iteca Caspian LLC şirkətləri çıxış edirlər.

Sərginin ümumi ekspozisiya sahəsi keçən illə müqayisədə 12% artıb. Bu il onlar ümumi ekspozisiya sahəsinin 21%-ni təşkil edir. Sərgi iştirakçılarının 85%-i dünyanın tanınmış şirkətlərini və onların Azərbaycandakı nümayəndəliklərini təmsil edir. MDB ölkələrinə ayrılmış sahə 40% təşkil edir. Xarici şirkətlərə ayrılmış sahə isə 30%. Azərbaycan şirkətlərinin iştirakı sərginin ümumi sahəsinin 30%-ni təşkil edir.

Layihəyə rəsmi dəstəyi Azərbaycanın energetika və sənayyə nazirliyi və Azərbaycanın Dövlət Neft Şirkəti verir.

Sərgi hər il, Azərbaycanda olan əlaqələri inkişaf etdirən və yenilərini qazanan yerli və xarici şirkətləri cəlb edir. Tədbir iştrakçılarının sayının artması onu sübut edir ki, gün bə gün Azərbaycanın neft və qaz sektoruna maraq artır.

Bu gün Azərbaycan enerji resurslar bazarında beynəlxalq bazarında ciddi beynəlxalq oyunçuya çevrilib. Bu il ölkədə 61 mln. ton neft və 16 mlrd. kub metr qaz hasil ediləcək. Qısa vaxt ərzində Azərbaycan öz enerji təhlükəsizliyini təmin etməkdən səvai hətda regionun ölkələrinə, Gürcüstana yardım edib. Hal hazırda gündəlikdə duran məsələlərdən biri Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin etməkdir.

Sərgi çərçivəsində "Avropanın enerji təchizatında Xəzərin neft-qaz resurslarının rolu" mövzusunda konfrans keçiriləcək.

Tədbirin iştrakçıları və əsas sponsorlar siyahısında dünyanın neft və enerji sektorunun iri şirkətləri yer alır - RWE AG, Shell, Statoil Hydro, Azərbaycanın Beynəlxalq Bankı, Cooper Cameron Petroleum, Total, BP, Salans, OMV, Nobel Oil və başqaları.

Gözlənilir ki, sərgidə dünyanın 33 ölkəsindən 380 şirkət iştrak edəcək. Xarici kommersiya şirkətləri ilə yanışı sərgidə Böyük Britaniyanın, Almaniyanın, Çinin və Rusiyanın milli stendləri təqdim olunacaq, Yaponiyanın neft, qaz və metal korporasiyası (JOGMEC), gürcüstanın neft və qaz korporasiyası (GOGC) fərdi stendlər nümayiş etdirəcəklər.

Sərginin ikinci günündə ənənəvi konfrans başlayacaq. Konfransda 500 nümayəndə heyyəti iştirak edəcək. 50-dən artıq mütəxəsis, Azərbaycanın, Rusiyanın, Gürcüstanın, İranın, Türkiyənin, Belarusun, İsrailin, Qazaxıstanın, Türkmənistanın və İtalyanın neft və energetika sahəsinin dövlət struktur başçıları mərüzələrlə çıxış edəcəklər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti