...

"Palmali" Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə aparılan neft daşımaları üçün iri tonnajlı iki yeni tanker alıb

Energetika Materials 4 İyul 2008 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyul / Trend / "Palmali" Şirkətlər Qrupu 105 min ton dedveytlik iki iri tonnajlı tanker əldə edib. Bu barədə şirkətin Bakı ofisindən bildiriblər. Sövdələşmənin dəyəri 160 mln. dollar təşkil edir. Əvvəllər "Harmony" və "Champion" adlandırılan tankerlər indi "Azərbaycan" və "Bakı" adlandırılacaq.

uzunluğu237,74 metr , eni 43 metr tankerlər Yaponiyada istehsal olunub. Bu gəmilər Bakı -Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Aralıq dənizinə, dünyanın müxtəlif limanlarına çatdırılan neft daşımalarında istifadə olunacaq.

Lavaletta limanına təhkim olunmuş gəmilər Malta bayrağı altında üzəcək.

Xəbər lenti

Xəbər lenti