...

OPEK Azərbaycan neftinin dünya bazarlarına tədarük həcminin təqribən 20 faiz artacağını proqnozlaşdırır

Energetika Materials 3 Sentyabr 2008 11:28 (UTC +04:00)
OPEK Azərbaycan neftinin dünya bazarlarına tədarük həcminin təqribən 20 faiz artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir A.Bədəlova/ 2008-ci ildə Azərbaycandan orta neft tədarükü həcmi sutkada 1,02 mln. barel təşkil edəcək ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən 155 min barel çoxdur. Bu barədə OPEK-in rəsmi saytında yerləşdirilən neft bazarları üzrə avqust məruzəsində bildirilir. Bu göstərici OPEK-in ötən ay proqnozlaşdırdığı həcmdən 25 min barel azdır.

Məruzədə bildirilir ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərində baş verən partlayış ölkənin neft hasilatına mənfi təsir göstərib. OPEK-in proqnozlarına əsasən, 2008-ci ilin üçüncü rübündə ölkədə neft hasilatı sutkada 1 mln. barel, dördüncü rübdə isə 1,09 mln. barel təşkil edəcək.

OPEK-in proqnozlarına əsasən, bu il Qazaxıstandan neft hasilatı sutkada 1,48 mln. barel təşkil edəcək ki, bu da 2007-ci ildə qeydə alınan həcmdən 80 min barel çoxdur. Cari ilin üçüncü rübündə proqnozlara görə, Qazaxıstandan neft hasilatı sutkada 1,37 mln. barel, dördüncü rübdə isə 1,5 mln. barel təşkil edəcək.

Keçmiş Sovet İttifaqı ölkələrində gələn il neft hasilatının ümumi həcmi sutkada 13,22 mln. barelə bərabər olacaq.

OPEK-in məruzəsində bildirilir ki, 2008-ci ildə keçmiş sovet ölkələrində neft ixracı həcmi orta hesabla sutkada 8,74 mln. barel təşkil edəcək ki, bu da 2007-ci il göstəricisindən 0,19 mln. barel çoxdur. Cari ilin üçüncü rübündə ixrac həcmi sutkada 8,72 mln. barel, dördüncü rübdə 8,68 mln. barel təşkil edəcək. 2009-cu ildə bu ölkələrdə neft ixracı həcmi sutkada 0,36 mln. barel artaraq 9,1 mln. barel təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti