...

Nabukko boru kəməri Konsorsiumu layihənin reallaşdırma formasını dəqiqləşdirib

Energetika Materials 14 Oktyabr 2008 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend / 2020 - ci ildə Avropada qaz tələbatını ödəmək üçün Xəzər regionundan və Yaxın Şərqdən tədarük edilən qaza tələbat ildə 30 milyard kubmetr olacaq.

"Nabukko qaz kəməri coğrafi baxımdan həm Mərkəzi və Şərqi Avropanın, həm də Balkan bazarlarına qaz tədarükü üçün rəqabətqabiliyyətlidir", - Nabucco gas pipeline company- şirkətinin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Tikintisi 2010 -cu ildə başlayacaq Nabukko qaz kəmərinin birinci fazasına Türkiyə və Avstriya arasında uzunluğu 2000 km olan boru kəmərinin çəkilməsi daxildir. Sonra iki il ərzində sərhədlərdəki mövcud boru kəmərləri işə cəlb ediləcək. Türkiyə - Gürcüstan və Türkiyə - İran. Bu, boru kəmərini 2013 -cü ildə ilkin buraxılış gücü ildə 8 milyard kubmetr qaz olmaqla, istismara verməyə imkan verəcək.

Məlumatda bildirildiyinə görə, Nabukkonun tikintisi üzrə ikinci faza 2014 - cü ilin sonunadək başlayacaq. Ikinci fazaya Türkiyə - Gürcüstan və Türkiyə - İran sərhədində seksiyaların tikilməsi daxildir. Tikintinin ikinci fazası çərçivəsində, borunun buraxılış gücünün ildə 31 milyard kubmetr qazadək artırılması üçün əlavə kompressor stansiyaları qurulacaq.

Nabucco gas pipeline company güman edir ki, boru kəmərinin buraxılış gücünün 50 faizi Konsorsiumun səhmdarları arasında bölüşdürüləcək. Qalan hissə üçüncü ölkələrə veriləcək.

"Nabukko" - uzunluğu 3,3 min kilometrə bərabər olan və Rusiyanı dolanmaqla, Mərkəzi Asiyadan Aİ ölkələrinə, ilk növbədə isə, Avstriya və Almaniyaya çəkilməsi layihələndirilən magistral qaz kəməridir. Layihə gücü ildə 26-32 mlrd. kubmetrə bərabərdir. Tikintini 2013-cü ilə bitirmək planlaşdırılır.

Qaz kəmərinin tikintisi üzrə Konsorsiuma aşağıdakı şirkətlər daxildir: OMV Gas GmbH (Avstriya), Botas (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan), RWE (Almaniya).

2004-cü ildə təklif edilən "Nabukko" qaz kəməri layihəsi İranın Fars körfəzindəki yataqlarından qaz ixracını nəzərdə tuturdu. 2006 - cı ildə İranın nüvə proqramı ətrafındakı münaqişə ilə əlaqəda,r layihəni elə formada dəyişmək qərara alındı ki, Türkmənistan, Özbəkistan və Azərbaycandan qaz ixracını həyata keçirməyə imkan olsun.   

Xəbər lenti

Xəbər lenti