...

Bakıda Azərbaycan Dövlət Neft Akademiyası tələbələrinin ənənəvi elmi-texniki konfransı başlayıb

Energetika Materials 11 Noyabr 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend / Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) tələbələrinin 57-ci elmi-texniki konfransı öz işinə başlayıb.

Trend İnformasiya Agentliyi bu görüşün informasiya dəstəyini gerçəkləşdirir.

Konfransın açılışı zamanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin də qeyd etdiyi kimi, ADNA neft, qaz, energetika və digər sahələrdə milli kadrların hazırlanması üçün əsəs mənbədir. Belə kadrların hazırlanması Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malikdir.

Konfrans gedişində "Geoloji kəşfiyyat", "Neft-qaz sənayesi", "Kimya və kimya sənayesi", "Neft mexanikası", "Energetika", "İnformasiya və avtomatika", "İqtisadiyyat və idarəetmə" mövzularında məruzələr dinləniləcək.

Məqalə müəllifilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti