...

Yanvar - sentyabrda ABŞ Azərbaycandan neft idxalını xeyli artırıb

Energetika Materials 3 Dekabr 2008 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend /Yanvar - sentyabrda Birləşmiş Ştatlar Azərbaycandan 18,4 mln. barel neft idxal edib. 2007-ci ilin yanvar-sentyabrında bu rəqəm 13,1 mln. barel olub, - ABŞ Dövlət Enerji İnformasiyası İdarəsinin (EİA) məlumatında bildirilir.

Ötən il ABŞ Azərbaycandan 20,6 mln. barel, 2006-cı ildə isə, 9,7 mln. barel neft idxal edib, - EİA-nın məlumatında bildirilir.

Azərbaycan neftinin nəql edildiyi əsas ixrac marşrutu Bakı - Tbilisi - Ceyhan boru kəməridir. Kəmər nefti Türkiyənin Ceyhan limanına çatdırır.

Azərbaycanın yüngül nefti Gürcüstanın Supsa limanından da ixrac olunur. Neft limana Bakı - Supsa boru kəməri ilə nəql edilir.

Neft Bakıdan dəmir yolu ilə nəql edilərək, Gürcüstanın Batumi Qara dəniz limanından, Bakı -Novorossiysk boru kəməri  ilə çatdırılaraq, Novorossiysk limanından ixrac olunur.

Xəbər lenti

Xəbər lenti