Azərbaycan, Bakı, 11 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) Gürcüstanın Supsa limanından Azeri Light növlü şəxsi neft partiyasının satışına dair tenderi bağlayıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında deyilir ki, 600 min barel həcmində neft partiyası yanvarın 7-8-də Britaniyanın Glencore Energy UK Ltd. treyderinə yüklənəcək.