Azərbaycan, Bakı, 20 dekabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şİrkəti) Gürcüstanın Supsa limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair növbəti tenderi elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 600 min barel həcmində neft partiyası 2009 - cu il yanvarın 28 - 29 - da göndəriləcək. Tenderin yekunları dekabrın 23 - də açıqlanacaq.