...

Gürcüstan Rusiya qazının Ermənistana tranzitini dayandırır

Energetika Materials 9 Yanvar 2009 12:00 (UTC +04:00)
Gürcüstan Rusiya qazının Ermənistana tranzitini dayandırır

Gürcüstan, Tbilisi, 09 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Rusiya qazının öz ərazisi ilə Ermənistana tranzitini dayandırır. Bu barədə cümə günü Trend -a Gürcüstanın Neft və Qaz Korporasiyasından bildiriblər.

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bu gün Qardabanidəki qazpaylayıcı stansiyada saat 13.00-da bu mövzu ilə bağlı xüsusi bəyanatla çıxış edəcək.

Gürcüstan Rusiya qazını Ermənistan üçün öz ərazisi vasitəsilə tranzit edir. Tranzit qazın 10 faizi ölkədə qalır.

Gürcüstan tranzit haqqının qaldırılması və ya tranzit payının artırılması barədə dəfələrlə məsələ qaldırıb, lakin Rusiya bununla razılaşmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti