Azərbaycan, Bakı, 27 yanvar/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından REBCO markalı neft partiyasının satışına dair elan etdiyi növbəti tenderi yekunlaşdırıb.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir ki, 600 min barel həcmində neft partiyası fevralın 18-22-də Böyük Britaniyanın Glencore Energy UK Ltd treyderi tərəfindən göndəriləcək.