...

2010-cu ildən etibarən Qazaxıstanda məşəldə qaz yandırılması dayandırılacaq

Energetika Materials 12 Fevral 2009 14:41 (UTC +04:00)

Qazaxıstan, Astana, 12 fevral / Trend , müxbir K.Konırova/ "2010-cu ildən etibarən Qazaxıstanda məşəldə qaz yandırılması dayandırılacaq",  - Astanada, Qazaxıstanın Ətraf Mühiti Mühafizə Nazirliyi nəzdində Ekoloji idarəetmə və nəzarət komissiyasının rəhbəri Murat Raximberqenov deyib.

"Biz böyük şirkətlərlə müqavilə imzalamışıq və belə razılaşmışıq ki, 2010-cu ildən etibarən Qazaxıstanda məşəllərdə qaz yandırılması dayandırılacaq", - Raximberqenov bildirib.

2005-ci ildə məşəllərdə qaz yandırılmasına qadağa qoyulmasını nəzərdə tutan "Neft haqqında" qanun qəbul edilsə də, böyük şirkətlər bu halda öz istehsalını dayandıracaqlarını bəyan etmişdi. Dövlət güzəşt edərək moratoriumun vaxtını uzatmışdı.

Qazaxıstanda məşəllərdə hər il 25 milyard kubmetrdən çox qaz yandırılır.

Raximberqenovun sözlərinə görə, ötən il ölkənin tullantıların 80 faizinə məsuliyyət daşıyan 43 ən böyük şirkəti, tullantıların azaldılmasına 123 milyard təngə xərcləyib.

Ötən il həm də altı mindən çox kiçik sahibkarlıq subyekti ümumilikdə 18 milyard təngə məbləğində cərimə olunub. Məhkəmələrə fəaliyyətin dayandırılması ilə bağlı 175 material göndərilmiş, 119 müəssisənin işi müvəqqəti olaraq bağlanmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti