...

Azərbaycan elektrik enerjisinin ixracına hazırdır – "Azərenerji"nin vitse-prezidenti

Energetika Materials 9 Aprel 2009 12:15 (UTC +04:00)
Azərbaycan elektrik enerjisinin ixracına hazırdır – "Azərenerji"nin vitse-prezidenti

Gürcüstan, Tbilisi, 08 aprel / Trend , müxbir N.Kirtsxaliya / "Azərbaycan ilin sonuna 1000 meqavatdan artıq elektrik enerjisi istehsal edəcək", - "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerji istehsalçısı) vitse-prezidenti Marlen Əsgərov Trend -a deyib.

"Bu səbəbdən qərara aldıq ki, xarici ölkələrə enerji ixracına başlayaq. Buna qədər Rusiya, Gürcüstan və İrana mübadilə rejimində elektrik enerjisi ixrac edirdik. İndi ixracat imkanlarımızı genişləndirmək qərarına gəldik", - Əsgərov qeyd edib.  

SC-nin vitse-prezidentinin sözlərinə əsasən, bu imkanlar Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən EÖX-in layihələndirilməsi barədə memorandumun imzalanmasından sonra yaranıb. Memorandum aprelin 8-də Tbilisidə imzalanıb.

"Bu bizə elektrik enerjisini nəinki Türkiyəyə, hətta ondan da uzağa ixrac etmək imkanı verəcək", - Əsgərov deyib.

Əsgərov qeyd edib ki, memorandumdan sonra hesablama işləri aparılacaq və layihənin həyata keçirilməsi üçün vəsait əldə etmək yolları axtarılacaq.

"Azərbaycanın elektrik enerjisinin ixracı imkanları genişlənir. SSRİ dağıldıqdan sonra bizə 60 faizi istifadəyə yararsız sistem qaldı. Buna baxmayaraq ölkənin köhnə sistemin yenisi ilə əvəzlənməsinə istiqamətlənən enerji siyasəti müsbət nəticələr verdi. 17 ay ərzində beş elektrik stansiyası inşa etməyə müvəffəq olduq", - Əsgərov vurğulayıb.

"Hazırda Azərbaycanın enerji sistemi tamamilə müstəqildir və ölkənin tələbatını ödəməyə qadirdir. Bundan əlavə biz ixracata da işləyə bilərik", - Əsgərov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti