...

ABŞ Azərbaycandan neft ixracının artacağını proqnozlaşdırır

Energetika Materials 13 May 2009 15:30

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir A.Bədəlova /

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA)  2009-cu ildə Azərbaycanın neft tədarükü həcmlərinin sutkada 0,12 mln. barel artaraq, 1 mlrd. barelə çatacağını proqnozlaşdırır.

2010-cu ildə Azərbaycanın neft tədarükü həcmləri 0,15 mln. barel artaraq, sutkada 1,15 mln. barelə çatacaq.

EIA OPEK-ə daxil olmayan ölkələr tərəfindən neft hasilatı artımı proqnozlarını sutkada 100 min barel artırıb. Yeni proqnozlara əsasən, bu il hasilat 0,1 mln. barel artaraq, sutkada 49,83 mln. barelə çatacaq. 2010-cu ildə bu ölkələr tərəfindən neft hasilatı həcmi EIA-nın proqnozlarına əsasən, sutkada 0,04 mln. barel artaraq, 49,87 mln. barelə çatacaq.    

EİA-nın may məruzəsində bildirilir ki, 2009-cu ilin birinci yarısında keçmiş Sovet İttifaqı, Latın Amerikası ölkələrində və Şimal dənizində neft hasilatı gözləniləndən yüksək olub.

EİA 2010-cu ildə keçmiş Sovet İttifaqı ölkələri tərəfindən sutkada 12,91 mln. barel həcmdə neft hasilatı gözləyir ki, bu da 2009-cu ilin hasilatından sutkada 0,08 mln. barel çoxdur.

OPEK-ə daxil olmayan ölkələrin builki ümumi neft tədarükləri həcmindən sutkada 1,5 mln. barel Qazaxıstanın payına düşür. 2010-cu ildə EIA-nın proqnozlarına görə, ölkə tədarükləri 0,11 mln. barel artıraraq, sutkada 1,61 mln. barelə çatdıracaq.

2009-cu ildə Türkmənistanın tədarük həcmləri sutkada 0,2 mln. barel təşkil edəcək. 2010-cu ildə tədarük həcmləri proqnozlara əsasən eyni səviyyədə qalacaq.

EIA-nın proqnozlarına görə, OPEK-in neft hasilatı həcmləri 2009-cu ildə 2,63 mln. barel azalaraq, 28,65 mln. barelə çatacaq və 2010-cu ildə 0,17 mln. barel artaraq, sutkada 28,82 mln. barelə çatacaq. Bu ilin birinci rübündə OPEK-in (İraq da daxil olmaqla) neft hasilatı EIA-nın məlumatlarına əsasən, sutkada 28,7 mln. barel təşkil edib.

Dövlət Enerji İnformasiyaları İdarəsi 1977-ci ildə Konqres tərəfindən yaradılan ABŞ-ın Enerji Departamentinin statistika agentliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti