...

SOCAR Azərbaycanda şəxsi yanacaqdoldurma məntəqələrinin tikintisinə başlayır

Energetika Materials 3 İyun 2009 13:16 (UTC +04:00)
SOCAR Azərbaycanda şəxsi yanacaqdoldurma məntəqələrinin tikintisinə başlayır

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir E.İsmayılov /

"Bu il Azərbaycanda SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin tikintisi gözlənilir", - çərşənbə günü SOCAR-ın yüksək vəzifəli nümayəndəsi deyib.

Şirkət bu il SOCAR Petrolium birgə müəssisəsinin yaradılmasına onun nizamnamə kapitalını təşkil edən 10 milyon manat sərmayə qoyub.

Şirkətin nümayəndəsinin sözlərinə görə, birgə müəssisə artıq fəaliyyət göstərir, kredit resursları və öz dövriyyəsi hesabına mərhələli şəkildə YDM-in tikintisini həyata keçirəcək.

Mənbə YDM-in sayını qeyd etməyib.  Hazırda SOCAR-ın Gürcüstanda YDM şəbəkəsi var. Onların sayının yaxın illərdə 60-a çatdırılması gözlənilir.

Azərbaycanda cəmi iki Neft Emalı Zavodu (NEZ) var. İki zavodun məcmu gücü - ildə 20 milyon tondur. NEZ-lər öz vəsaitləri hesabına dəniz və qurudakı yataqlardan əldə etdiyi ildə 6-7 milyon ton nefti emal edən SOCAR-ın tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti