...

Rusiya ABŞ-ın "Nabukko" layihəsini dəstəkləməsindən deyil, Çin tərəfindən Türkmənistanda həyata keçirilən layihələrdən narahat olmalıdır – ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi

Energetika Materials 24 İyun 2009 11:13 (UTC +04:00)
Rusiya ABŞ-ın "Nabukko" layihəsini dəstəkləməsindən deyil, Çin tərəfindən Türkmənistanda həyata keçirilən layihələrdən narahat olmalıdır – ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi

ABŞ, Vaşinqton, 24 iyun / Trend , xüsusi müxbir N.Boqdanova /

ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar hesab edir ki, Rusiyanın "Nabukko" layihəsinə görə narahat olmasına heç bir əsas yoxdur. Trend -un Vaşinqtondakı xüsusi müxbiri xəbər verir.

"Obama Administrasiyasının mövqeyi ondan ibarətdir ki, "Şimal axını" laiyhəsi kimi "Cənub axını" layihəsi də paralel həyata keçirilməlidir. Buna görə də biz Rusiya ilə qarşılıqlı münasibətlərimizi bu istiqamətə yönəldəcəyik", - deyə Morninqstar Azərbaycan-Amerika Ticarət Palatasında çərşənbə axşamı keçirilən brifinqdə bildirib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəmərinin tikintisinə başlamaq 2011-ci ildə nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təqribən 30 faizi sərmayə şəklində layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International tərəfindən yatırılacaq. Qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Morninqstar həmçinin bildirib ki, ABŞ Azərbaycandan "Nabukko" və "Trans Xəzər" layihəsi üzrə işlərin tez bir zamanda tamamlanmasını gözləyir. "Hazırda biz Azərbaycanla bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi naminə çalışırıq", - deyə amerikalı diplomat bildirib.

Onun sözlərinə əsasən, ABŞ regional layihələrdən bütün ölkələrin fayda götürməsində maraqlıdır.

Morninqstar sözlərinə əsasən, "Nabukko" Avropanın qaz tələbatının cəmi beş faizini təmin edir.

Amerikalı diplomat həmçinin bildirib ki, Rusiya ABŞ-ın "Nabukko" layihəsini dəstəkləməsindən deyil, Çin tərəfindən Türkmənistanda həyata keçirilən layihələrdən narahat olmalıdır.

"Bizim energetika diversifikasiyasında marağımız Rusiya ilə əməkdaşlığımızı istisna etmir. Bu, bizim qarşılıqlı maraqlarımızdır", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti