...

ARDNŞ Xəzərdə yeni yüksək debitli qaz-kondensat quyusu qazacaq

Energetika Materials 29 Sentyabr 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr / Trend , müxbir E.İsmayılov/

ARDNŞ oktyabr ayı ərzində "8 mart-730" dəniz yatağının eyni adlı platformasında yüksək debitli qaz-kondensat istismar quyusunun qazma işlərinə başlamağı planlaşdırır, çərşənbə axşamı ARDNŞ-dən mənbə deyib.

"Hazırda hazırlıq işləri gedir və oktyabr ayı ərində qazma işlərinə başlanması gözlənilir" , - mənbə deyib.

Onun sözlərinə görə, qazıntı üçün zəruri olan avadanlığın "8 mart-578" platformasından "8 mart-730" platformasına daşıyacaq kran gəmisinin gəlməsi gözlənilir.

Əvvəllər ARDNŞ 578 № li platformasında yeni quyu qazılmasını planlaşdırıb, lakin qazma qurğusunun montajının digər quyuların hasilatına mane olması səbəbilə qurğunu 730 № li platformasına gətirmək haqda qərar qəbul edilib. Qazma işləri bu platformada aparılacaq. "Avadanlığın gətirilməsindən sonra onu quraşdırmaq lazımdır. Bundan sonra qazma işlərinə başlamaq olar", - mənbə əlavə edib.

Əvvələr mənbənin dediyinə görə, quyunun layihə dərinliyi 5800 metr təşkil edir. Quyunun gözlənilən sutkalıq debiti 350 min kubmetrə yaxın qaz və 40 ton kondensat təşkil edir.

Hazırda "8 Mart" yatağından sutkada 420 min kubmetr qaz hasil edilir. Geoloqlar gələcək qazma işləri üçün doqquz nöqtə müəyyən ediblər, ARDNŞ-ın məlumatında deyilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti