...

ARDNŞ böyük dəniz yatağında quyu qazıntısına başladı

Energetika Materials 10 Oktyabr 2009 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr / Trend /

ARDNŞ -dən verilən məlumata görə, şirkət "Günəşli-6" platformasında üç qaz quyusu qazmağı planlaşdırır. "Günəşli" yatağının dayaz hissəsində işlər şirkətin öz vəsaitləri hesabına aparılır.

Kompleks qazıntı işləri çərçivəsində ARDNŞ artıq 3,5 min metr dərinlikdə bir quyunun qazıntısına başlayıb.

"Günəşli-6" platforması 1986-cı ildə istifadəyə verilib. 23 il ərzində platformadan 2,2 milyard kubmetr qaz və 5,1 milyon ton neft hasil olunub. Hazırda platformada olan yeddi quyudan sutkada 240 min kubmetr qaz və 100 ton neft hasil olunur (kondesatla birlikdə).

İlin sonunadək "Günəşli-" yatağında daha beş quyu istifadəyə veriləcək

Xəbər lenti

Xəbər lenti