...

Sentyabrda qaz istehlakına görə ödəniş haqlarının yığılması 80 faizdən artıq olub

Energetika Materials 17 Oktyabr 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend /

Yanvar-sentyabr aylarında paytaxtda istehlakçılar tərəfindən istifadə edilən qaza görə ödəniş haqlarının yığılması 64,5 faiz təşkil edib. Respublika qəzetində dərc edilən toplu cədvəldə məlumat verilir. Sentyabr ayında bu göstərici 88,3 faiz olub.

Dərc edilən məlumata müvafiq olaraq, yanvar-sentyabr ayları ərzində istifadə edilən qaza görə ödəniş haqlarının maksimal yığılması Bakının Qaradağ rayonunda olub - 90,7 faiz. Sabunçu rayonunda isə minimal yığılma qeydə alınıb - 47,9 faiz. Səbail rayonunda sentyabrda istifadə edilən qaza görə ödəniş haqlarının yığılması 258,8 faiz olub. Binəqədi rayonunda isə bu göstərici 57,1 faiz olub.

Yanvar-sentyabr aylarında ölkə üzrə maksimal yığılma 147,8 faiz olmaqla Siyəzən rayonunda, ən az yığılma isə 42,7 faiz olmaqla Neftçala rayonunda qeydə alınıb.

Ümumilikdə, bütün ölkə ərazisində istifadə edilən qaza görə ödəniş haqlarının yığılması 67,2 faiz təşkil edib, sentyabr ayında isə bu göstərici 84 faiz olub.

Xəbər lenti

Xəbər lenti