...

Türkmənistan Türkiyədən tranzit kimi istifadə etməklə enerji marşrutlarının diversifikasiyasına töhfə verə bilər - Prezident Abdullah Gül

Energetika Materials 21 Dekabr 2009 12:08 (UTC +04:00)
Türkmənistan Türkiyədən tranzit kimi istifadə etməklə Avropaya enerji marşrutlarının diversifikasına töhfə verə bilər, Türkiyənin Prezidenti Abdullah Gül türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhammedova yazdığı məktubda qeyd edib.
Türkmənistan Türkiyədən tranzit kimi istifadə etməklə enerji marşrutlarının diversifikasiyasına töhfə verə bilər - Prezident Abdullah Gül

Türkmənistan, Aşqabad, 21 dekabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Türkiyədən tranzit kimi istifadə etməklə Avropaya enerji marşrutlarının diversifikasına töhfə verə bilər, Türkiyənin Prezidenti Abdullah Gül türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhammedova yazdığı məktubda qeyd edib.

"Türkiyə dost və qardaş Türkmənistanın enerji nəqliyyat marşrutlarını divesifikasilaşdırması siyasətini dəstəkləyir.

"İnanıram ki, zəngin ehtiyatlara malik olan Türkmənistan bu siyasəti yeritməklə, onların Türkiyəyə və Türkiyə üzərindən Qərbə tranziti istiqamətində də böyük töhfələr verəcək", - məktubda deyilir.

Türkmənistan rəhbərliyi bildirib ki, Avropa "Nabukko" boru kəmərinin doldurulması üçün Türkmənistan qazına güvənə bilər. 7,9 milyard avro dəyəri olan layihə Xəzər regioanundan və Yaxın Şərqdən Avropa ittifaqı ölkələrinə qaz tədarükünü nəzərdə tutur.

Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabər olacaq. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir.

Gülün fikrincə, enerji sahısindəki əməkdaşlıq xalqların gələcək rifahının yüksəlməsinə, dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənmısinə xidmət edəcək.

Türkiyənin dövlət başçısı vurğulayıb ki, Türkmənistan-Çin qaz kəmərinin təntənəli açılış xəbərindən də çox məmnun olub.

"Şübhə yoxdur ki, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çin Xalq Respublikasının enerji əməkdaşlığına yeni miqyas qazandıran Türkmənistan-Çin qaz kəməri regional inkişaf və stabilliyə də yaxşı təsir göstərəcək", - deyə o yazıb.

Xəbər lenti

Xəbər lenti