...

Azərbaycan Prezidenti Şirvandakı "Cənub" elektrik stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub

Energetika Materials 1 Aprel 2010 18:50 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan şəhərinə səfəri çərçivəsində "Cənub" elektrik stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Prezidenti Şirvandakı "Cənub" elektrik stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Şirvan şəhərinə səfəri çərçivəsində "Cənub" elektrik stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyanın texniki-iqtisadi göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, stansiyanın faydalı iş əmsalı ən yüksək standartlara cavab verəcək. Bir kilovat-saat elektrik enerjisinin istehsalına cəmi 237 qram şərti yanacaq sərf olunacaq. Yeni stansiyanı analoji stansiyalardan fərqləndirən başlıca cəhət burada 3 yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinin mümkünlüyüdür. Bu stansiya ildə 780 milyon kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan yaradacaq. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək.

Prezident İlham Əliyevə layihənin komponentləri barədə məlumat verilərək bildirilib ki, stansiyada 4 qaz, 2 buxar turbini, 4 qazan utilizator, 6 generator, 3 yarımstansiya, 3 qaz kompressoru, müasir idarəetmə sistemi və digər qurğular quraşdırılacaq. 330, 220 və 110 kilovoltluq kabel və hava xətlərinin uzunluğu 50 kilometr təşkil edəcək. Ən müasir standartlara cavab verəcək bu energetika qurğusunun tikintisinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Tikintinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verib, energetiklərə və inşaatçılara uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti