...

İran "Cənubi Pars" yatağının işlənməsi üzrə 21 milyard dollarlıq müqavilə imzalayıb

Energetika Materials 15 İyun 2010 15:08 (UTC +04:00)

Çərşənbə axşamı İran hakimiyyəti bir sıra İran şirkətləri ilə dünyanın ən iri qaz yataqlarından olan "Cənubi Pars" yatağının işlənməsinin yekun mərhələsi üzrə müqavilələr imzalayıb. IRNA rəsmi informasiya agenliyinin məlumatına görə, bağlanmış müqavilələrin ümumi həcmi 21 milyard dollar təşkil edir.

İran Prezidenti Mahmud Əhmədinejad müqavilələrin imzalanmasını "İranın neft sənayesində yeni səhifə" adlandırıb və "Cənubi Pars" yatağının işlənməsində İran texnologiyalarından istifadəyə əsaslanacağını xüsusilə qeyd edib. Bu barədə RİA Novosti yazır.

Əhmədinejad bundan əvvəl "yataqların işlənməsi üzrə öz öhdəliklərini yerinə yetriməyən" xarici şirkətlərin fəaliyyətini tənqid edib və bildirib ki, milli potensialdan düzgün istifadə olunduğu təqdirdə işlər planlaşdırılan vaxtdan tez başa çata bilər.

"Cənubi Pars" dünyada ən iri qaz yatağıdır, onun ehtiyatları 14 trilyon kubmetr təşkil edir. Hazırda yatağın mənimsənilməsi üzrə 10 mərhələdə işlər başa çatıb, onların hər birinin plan gücü sutkada 1 milyard kubfuta yaxın qaz təşkil edir.

İran qazı "Cənubi Fars" yatağından sonradan avropalı istehlakçılara satılması üçün qaz kəməri ilə Türkiyəyə nəql olunacaq. 1850 kilometr uzunluğu olan qaz kəməri ölkənin cənubundakı Əssəluyə şəhərindən keçərək Türkiyə sərhədindəki Bazargan şəhərinədək uzanacaq. İranlılar qaz kəmərinin tikintisini 2013-cü ilədək başa çatdırmağı planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti