...

Azərbaycan Dövlət Neft Fondunun aktivləri yarım il ərzində, demək olar, 22% artıb

Energetika Materials 2 Avqust 2010 15:16 (UTC +04:00)
Yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 6 101,2 milyon manat, xərcləri 2 630,2 milyon manat təşkil edib. Bu barədə ARDNF-in yaydığı məlumatda deyilir.
Azərbaycan Dövlət Neft Fondunun aktivləri yarım il ərzində, demək olar, 22% artıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 6 101,2 milyon manat, xərcləri 2 630,2 milyon manat təşkil edib. Bu barədə ARDNF-in yaydığı məlumatda deyilir.

Fonda daxilolmaların böyük hissəsi mənfəət neftinin və qazın satışından əldə olunub. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlirlər 6 089,3 milyon manat səviyyəsində, eləcə də mənfəət neftinin satışından 6 000,1 milyon manat, tranzit ödənişlər üzrə 4,3 milyon manat təşkil edib. Bu dövrdə "Bakı-Tbilisi-Ceyhan" neft kəmərindən dividendlər 83,2 milyon manat olub. Yarım il ərzində akrhesabı ödənişlər 0,8 milyon manat təşkil edib.

Hesabat dövründə xarici investorların verdikləri aktivlərdən gəlirlər 0,9 milyon manat təşkil edib. Ötən il Neft Fondunun gəlirlərinin idarə olunmasından 11,9 milyon manat həcmində gəlir əldə olunub.

Neft Fondunun xərcləri strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 34 milyon manat, Samur-Abşeron suvarma kanalının yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə - 74,8 milyon manat və Oğuz-Qəbələ zonasından Bakıya qədər su kəmərinin çəkilişinə - 53 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinə transfertlər 2 455 milyon manat təşkil edib. 2007-2015-ci illər dövlət proqramı çərçivəsində azərbaycanlı tətləbələrin xariccdə təhsila almasına 2,8 milyon manat vəsait sərf olunub. Həmçinin 1,5 milyon manat "Bakı-Tbilisi-Qars" yeni dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

Fondun idarə olunması üzrə xərclər 9,1 milyon manat təşkil edib. Valyuta məzənnələrinin fərqlərindən xərclər 869,1 milyon manat olub.

2010-cu il aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri bu ilin əvvəli ilə müqayisədə 21,6 faiz (14 900,4 milyon dollar) artaraq, 18 122,3 milyon dollar təşkil edib.

Avqustun 2-də rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti