...

İranda qaz hasilatı beş faiz artıb

Energetika Materials 28 Sentyabr 2010 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Yusifzadə/

İranda ilin birinci yarısında (İranda il martın 21-də başlayır) 72 milyard kubmetrdən çox qaz hasil edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə (68,79 milyard kubmetr) 5 faiz çoxdur. Məlumatı MEHR agentliyi yayıb.

Cari ilin altı ayı ərzində İranda qaz-kondensat istehsalı 69 milyon bareldən çox olub. Ötən ilin analoji dövrü ilə müqayisədə (46 milyon barel) qaz-kondensat istehsalında 50 faizə yaxın artım müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti