...

İran Türkiyəyə qaz ixracını bərpa edib

Energetika Materials 30 Sentyabr 2010 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Yusifzadə/

Qazpaylayıcı və ölçücü stansiyaların xətlərində təmir işlərinin və texniki yoxlamaların başa çatmasından sonra sərhədyanı Bazarqan qazpaylayıcı stansiyasından Türkiyəyə İran qazının ixracı bərpa aedilib. Bu barədə İranın Milli Neft-Qaz Şirkətinin məlumatında deyilir.

İranlı mütəxəssislər tərəfindən aparılan təmir işləri nəzərdə tutulan 9 gün əvəzinə 4 gün davam edib.

Türkiyənin "Bоtaş" şirkətinin nümayəndələrinə aparılan işlərə nəzarət etmək imkanı verilib.

Yay dövründə, orta hesabla, Türkiyəyə İran qazının ixracı sutkada 10 milyon kubmetr təşkil edib. Proqnozlara görə, yaxın iki gündə İran ixracı sutkada 20-22 milyon kubmetrədək artıracaq.

Xəbər lenti

Xəbər lenti