...

"Palmali" "Armada" tipli yeni tankerin suya buraxılmasına hazırlaşır

Energetika Materials 26 Noyabr 2010 18:03 (UTC +04:00)
"Palmali" şirkətlər qrupunun "Kapitan Nağdəliyev" adını daşıyacaq "Armada" tipli yeni tankeri 2011-ci ilin yanvarında Türkiyənin "Beşiktaş" gəmiqayırma zavodu tərəfindən suya buraxılacaq.
"Palmali" "Armada" tipli yeni tankerin suya buraxılmasına hazırlaşır

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

"Palmali" şirkətlər qrupunun "Kapitan Nağdəliyev" adını daşıyacaq "Armada" tipli yeni tankeri 2011-ci ilin yanvarında Türkiyənin "Beşiktaş" gəmiqayırma zavodu tərəfindən suya buraxılacaq. Bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

"Palmali" və "Beşiktaş" arasında "Armada" tipli 10 tankerin tikintisinə dair müqavilə 2009-cu ilin oktyabrında imzalanıb. Bu, "Beşiktaş" zavodundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə adlandırılan gəmidən sonra suya buraxılacaq ikinci gəmi olacaq.

Birinci seriyalı "Armada" tipli tankerlərin onundan və "Yeni Armada" tipli beş tankerdən neft, mazut, dizel yanacağı, digər neft məhsullarının və bitki yağlarının daşınmasında, eləcə də qışda Avropa və İrlandiya ətrafında reyslər daxil olmaqla, Xəzər, Qara dəniz, Orta Aralıq, Baltik və Şimal dənizlərində daşımalarda uğurla istismar olunur.

RST22M layihəli gəminin qabaritinin uzunluğu 139,95 metr, eni 16,6 metr, bortun hündürlüyü isə 6,0 metr təşkil edir.

"Armada"nın birinci seriyası ilə müqayisədə yeni layihəli tankerlər dəniz şəraitində 650 ton dedveyt gücləndirilmiş dəniz funksiyasına və çaylarda imkanları qorunmaqla yüksək tutumluğa malikdir.

Xəbər lenti

Xəbər lenti