...

Yanvar-fevralda Bakı Dəniz Limanı yük daşımalarını artırıb

Energetika Materials 21 Aprel 2011 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.İsmayılov/

Yanvar-martda Bakı Beynəlxalq Dəniz Ticarət Limanından 1,7 milyon ton müxtəlif yük daşınıb. Bu, ötən ilin anoloji göstəricisindən 20 faiz çoxdur. Bu barədə cümə axşamı Bakı limanındakı mənbə deyib.

"Birinci rübdə ümumi daşımada artım müşahidə olunub. Bu, neft məhsulları və bərə yükləri daşımasının artması sayəsində mümkün olub", - mənbə bildirib.

Onun sözlərinə görə, birinci rübdə liman tərəfindən 990 min ton həcmdə bərə yükü emal edilib. Bu, ötən ilin yanvar-mart göstəricisindən 50 faiz çoxdur.

2010-cu ildə liman tərəfindən 2,93 milyon ton bərə yükü daşınıb. Bu da 2009-cu ilin analoji dövr göstəricisindən 28 faiz çoxdur.

Yanvar-martda əsas quru yük terminalı tərəfindən 199 min ton yük daşınıb. Bu, 2010-cu ilin anoloji göstəricisindən 5 faiz azdır.

İlin birinci rübündə konteynerlərin daşınmasında azalma müşahidə olunub. Xüsusilə, yanvar-martda Bakı limanı tərəfindən 1300 ədəd konteyner daşınıb ki, bu da ötən ilin birinci rübünün göstəricisindən 9 faiz azdır.

Mənbənin sözlərinə görə, əsas hissəsi Avropadan Əfqanıstana gedən humanitar yüklərin payına düşən konteyner yüklərinin daşınmasının azalması onların Gürcüstan limanlarında, xüsusilə Poti limanında yubanması ilə bağlıdır.

"Yaxın vaxtlarda konteyner yüklərin həcminin artacağı gözlənilir", - mənbə qeyd edib.

2010-cu ildə liman vasitəsilə 9600 ədəd konteyner daşınıb ki, bu da 2009-cu ilin göstəricisindən üç dəfə çoxdur.

"2010-cu ildə liman vasitəsilə 5,76 milyon ton müxtəlif yüklər daşınıb ki, bu da 2009-cu ilin göstəricisindən 12 faiz çoxdur, - mənbə bildirib.

Ümumi və yüklərin ayrı-ayrı növləri üzrə daşımalarda əhəmiyyətli artım limandakı 12-ci körpünün təmirdən sonra istismara verilməsi, Avropa-Asiya istiqamətində yük daşımalarının artması, Türkmənistandan neft yüklərinin daşınmasındakı artımla bağlıdır.

Xəbər lenti

Xəbər lenti