...

Mayın ortalarında ARDNŞ Xəzərdə kəşfiyyat qazmasına başlamağı planlaşdırır

Energetika Materials 27 Aprel 2011 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ mayın ortalarında Xəzərin Azərbaycan sektorunda bu yaxınlarda kəşf edilən "Ümid" qaz-kondensat yatağında ikinci kəşfiyyat quyusunun qazılması çərçivəsində işlərə başlamağı planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dəki mənbə deyib.

Onun sözlərinə görə, bu günlərdə ARDNŞ qazma üçün lazım olan boruları almalıdır.

Bir müddət əvvəl ARDNŞ rəhbəri Rövnəq Abdullayevin dediyi kimi, ikinci kəşfiyyat quyusunun qazılması yatağın konturlaşdırılması üçün zəruridir.

İkinci quyunun qazılması zamanı birinci quyunun qazılması prosesində aşkar edilən yatağın bütün xüsusiyyətləri nəzərə alınacaq.

ARDNŞ mütəxəssislərinin qiymətləndirmələrinə görə, yataqda ehtiyatların həcmi 250 milyard kubmetr qaz və 40 milyon ton qaz-kondensat təşkil edir.

Xəzərin Azərbaycan sektorundakı "Ümid" yatağı Bakının 75 kilometrliyində, qurudan 40 kilometr uzaqlıqda yerləşir. Burada 1953-cü ildə ilk dəfə geofiziki işlər aparılıb. Bu işlər 1972-ci ildə daha təkmilləşdirilmiş şəkildə yenidən həyata keçirilib. Daha sonralar, 1977-ci ildən 1992-ci ilədək doqquz quyu qazılsa da, onlardan heç biri nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti