...

ABŞ Xəzər regionu ölkələrinin öz qazı üçün yeni satış bazarları tapmalarını istəyir - ABŞ-ın xüsusi nümayəndəsi

Energetika Materials 8 İyun 2011 12:15 (UTC +04:00)
ABŞ Avropanın iqtisadi cəhətdən güclü olmasında maraqlıdır və ona görə də Avropanın enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verir.
ABŞ Xəzər regionu ölkələrinin öz qazı üçün yeni satış bazarları tapmalarını istəyir - ABŞ-ın xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir A.Bədəlova/

ABŞ Avropanın iqtisadi cəhətdən güclü olmasında maraqlıdır və ona görə də Avropanın enerji təhlükəsizliyi məsələlərinə böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda ABŞ-ın Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransı çərçivəsində keçirilən konfransda bildirib.

"Avropa bizim tərəfdaşımızdır və ona görə də biz bu regionun enerji təhlükəsizliyinə böyük əhəmiyyət veririk", - Morninqstar deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyinə nail olmağın ən yaxşı üsulu həm mənbələrin, həm də nəqliyyat marşrutlarının şaxələndirilməsidir.

Şimali Afrika ölkələrindəki, eləcə də Yaponiyada baş verən son hadisələr göstərdi ki, qlobal bazar dəyişir və bütün ölkələr balanslaşdırılmış və şaxələndirilmiş enerji strategiyasına malik olmalıdırlar.

Morninqstar onu da bildirib ki, ABŞ Xəzər regionu ölkələrinin, o cümlədən Azərbaycanın, həmçinin Mərkəzi Asiya dövlətlərinin öz qazını satmaları üçün yeni bazarlar tapmalarını istəyir ki, bu da həmin ölkələrdə iqtisadi artıma və çiçəklənməyə yardım edəcək.

"Bu ölkələr öz resurslarından istifadə ilə bağlı müstəqil seçim etməlidirlər", - Morninqstar bildirib.

Onun sözlərinə görə, "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil olunacaq qaz "Cənub qaz dəhlizi" ilə nəql üçün ilk mümkün həcm olacaq.

Morninqstar həmçinin Azərbaycanla Türkiyə arasında qaz tranzitinə dair sazişin yaxın vaxtlarda imzalanacağına ümidini ifadə edib.

Rusiyadan danışarkən Morninqstar deyib ki, bu ölkə mühüm neft və qaz tədarükçüsüdür və belə də qalacaq.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti