...

ARDNŞ prezidentinin iştirakı ilə Lerik rayonunda bir neçə tədbir keçirilib

Energetika Materials 19 İyun 2011 01:02 (UTC +04:00)
İyunun 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Lerik rayonuna səfər etmiş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Şirkət tərəfindən həyata keçirilmiş işlərlə tanış olmuşdur.
ARDNŞ prezidentinin iştirakı ilə Lerik rayonunda bir neçə tədbir keçirilib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

İyunun 18-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Lerik rayonuna səfər etmiş, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Şirkət tərəfindən həyata keçirilmiş işlərlə tanış olmuşdur. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Lerik rayonunun mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən ARDNŞ prezidenti abidənin önünə tər çiçək dəstəsi qoymuş, Ulu öndərin xatirəsinə hörmət və ehtiramını ifadə etmişdir. Şirkət prezidenti Lerik rayonunun Cəngəmiran kəndində Lüləkəran, Osnağküçə, Xəlifəküçə, Pirzəküçə, Blaband və Cəngəmiran kəndlərinin ilk dəfə olaraq mavi yanacaqla təchiz edilməsi münasibəti ilə keçirilən təntənəli tədbirdə iştirak etmişdir. Bildirilmişdir ki, ümumilikdə 521 abonenti olan kəndlərin təbii qazla təmin olunması üçün 28.9 km polietilen boru çəkilib, 515 ədəd sayğac və 4 ədəd qaztənzimləyici şkaf quraşdırılaraq istifadəyə verilmişdir.

Tədbirdə çıxış edən kənd ağsaqqalları, ziyalılar, şəhid ailələri ilk dəfə olaraq adı çəkilən kəndlərin "mavi yanacaq"la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, mürəkkəb coğrafi relyefə malik olan Lerik rayonunun kəndlərinin təbii qazla təmin edilməsini Azərbaycan dövləti tərəfindən sərhəd bölgələrində yaşayan əhaliyə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.

Tədbirdə Lerik rayon İcra Hakimiyyəti rəsmiləri, "Azəriqaz" İB-nin təmsilçiləri iştirak etmişlər. ARDNŞ prezidenti Rövnəq Abdullayev Şirkətin maliyyə vəsaiti hesabına Cəngəmiran kəndində inşa edilmiş 35 yerlik uşaq bağçasının açılışında da iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti