...

Azərbaycan neftinin qiymətləri: 13-17 fevral həftəsinin yekunları

Energetika Materials 20 Fevral 2012 11:21 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: 13-17 fevral həftəsinin yekunları
Azərbaycan neftinin qiymətləri: 13-17 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir E.İsmayılov/

13-17 fevral həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 122,9 dollar/bareldən artıq təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən 2,2 dollar çoxdur.

13-17 fevral həftəsində AZERI LT-nin qiyməti maksimum 123,85, minimum isə 121,61 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

13-17 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 117,67 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,9 dollar/barel çoxdur.

13-17 fevral həftəsində URALS-ın qiyməti maksimum 118,37, minimum isə 116,34 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

13-17 fevral həftəsində "Brent Dated" növünün orta qiyməti 120,1 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən 2,88 dollar/barel çoxdur.

13-17 fevral həftəsində "Brent Dated"in qiyməti maksimum 121,14, minimum isə 118,78 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti