...

Avropa Komissiyası və Azərbaycan "Transxəzər" kəməri üçün zəmanət üzrə danışıqları bu ilin ortalarında başa çatdıra bilər

Energetika Materials 27 Aprel 2012 15:56 (UTC +04:00)
Avropa Komissiyası və Azərbaycanın "Transxəzər" qaz kəməri üçün zəmanət üzrə danışıqları 2012-ci ilin ortalarında başa çata bilər.
Avropa Komissiyası və Azərbaycan "Transxəzər" kəməri üçün zəmanət üzrə danışıqları bu ilin ortalarında başa çatdıra bilər

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Avropa Komissiyası və Azərbaycanın "Transxəzər" qaz kəməri üçün zəmanət üzrə danışıqları 2012-ci ilin ortalarında başa çata bilər.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə cümə günü jurnalistlərə Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə ali komissarı Günter Ottinger "Rusiya-Aİ enerji dialoqu: qaz aspekti" konfransında bildirib.

"Zəmanət vermək Avropa Komissiyasının vəzifəsi deyil, bizim vəzifəmiz işi təşkil etmədkir", - o deyib.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin "Transxəzər" qaz kəmərinin çəkilməsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparması haqqında qərarından təəssüfləndiyini bildirib. Belə ki, o, Xəzər hövzəsində bu gün mövcud olan real beynəlxalq-hüquq və geosiyasi şərait nəzərə alınmadan qəbul edilib.

Xəbər lenti

Xəbər lenti