...

Azərbaycan neftinin qiymətləri: 21-25 may həftəsinin yekunları

Energetika Materials 29 May 2012 12:41 (UTC +04:00)
21-25 may həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 110,58 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 21-25 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.İsmayılov/

21-25 may həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 110,58 dollar/barel təşkil edib. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 2,7 dollar/barel azdır.

21-25 may həftəsində AZERI LT-nin qiyməti maksimum 112,33, minimum isə 109,35 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

21-25 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 105,52 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 2,7 dollar/barel azdır.

21-25 may həftəsində URALS-ın qiyməti maksimum 107,45, minimum isə 108,21 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

21-25 may həftəsində "Brent Dated" növünün orta qiyməti 108,17 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,93 dollar/barel azdır.

21-25 may həftəsində "Brent Dated"in maksimum qiyməti 109,95, minimum isə 106,85 dollar/barel təşkil edib.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti