...

ARDNŞ yanvar-aprel aylarında neft hasilatını 12,5 faiz artırıb

Energetika Materials 30 May 2012 13:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yanvar-aprel aylarında ölkənin ofşor və onşor yataqlarından 2,7 milyon tondan çox neft hasil edib. 2011-ci ilin analoji dövründə bu rəqəm təqribən 2,4 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, ARDNŞ apreldə 684,3 min ton neft hasil edib. Martda bu göstərici 660,9 min ton təşkil edib.

ARDNŞ-nin məlumatına görə, Azərbaycanda cəmi 14,6 milyon tona yaxın neft çıxardılıb. Xüsusən apreldə bu göstərici təqribən 3,5 milyon ton olub. Martda isə 3,356 milyon tona yaxın təşkil edib.

Ötən il ümumilikdə ölkədə 2010-cu ildəki 50,8 milyon tona qarşı 45,6 milyon tondan çox neft hasil edilib. Ötən il hasil edilən neftin ümumi həcmindən ARDNŞ-nin payına 8,4 milyon ton neft düşüb. 2010-cu ildə bu rəqəm 8,46 milyon ton olub.

Xəbər lenti

Xəbər lenti