...

I "Abşeron" REŞ-də yenidənqurma işləri başa çatıb

Energetika Materials 14 İyun 2012 14:01 (UTC +04:00)
Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir.
I "Abşeron" REŞ-də yenidənqurma işləri başa çatıb

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Axundov/

Ölkəmizin enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər, yeni texnologiyaların tətbiqi ilə aparılan quruculuq işləri istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmağa imkan verir. Texniki-iqtisadi göstəricilərin səviyyəsinin yüksəldilməsini, o cümlədən elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər cari ilin son dörd ayında da davam etdirilib. Bütün elektrik energetika müəssisələrində olduğu kimi "Abşeron Regional Elektrik Şəbəkəsi"nin (REŞ) əmək kollektivi də qarşıya qoyulmuş vəzifələri vaxtında və layiqincə yerinə yetirmək üçün səylə çalışır.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, yendənqurma işləri müəssisənin balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərindən (HEVX) də yan ötməyib. Belə ki, 330 kV-lik I Abşeron HX-də sürüşmə ilə əlaqədar 7 dayaq arasında yenidənqurma işləri başa çatdırılıb. Hazırda 500 kV-lik II Abşeron HX-də analoyi işlər davam etdirilir.

Məlumata əsasən, "Səngəçal ES" - 220 kV-lik "Müşviq" yarımstransiyası arasında 110 kV-lik 2 dövrəli HX-nin tikintisi işləri davam etdirilir. Eyni zamanda, "Şimal ES" - 220 kV-lik "Hövsan" yarımstransiyası arasında 2 dövrəli HX-nin tikintisi işləri də aparılır. Sonda onu da qeyd edək ki, layihə əsasında 220 kV-lik Ağsu, Qəbələ HX-nin yenidənqurulması işləri də davam etdirilir.

Sadalanan tədbirlərin yerinə yetirilməsi, enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyətinə zəmanət verən əsas amillərdəndir. Bunu nəzərə alaraq, şəbəkədən yenidənqurma işlərinin davam etdirilməsinin gündəlikdə duran əsas tapşırıqlardan biri olduğu bildirilib.

Mövcud hava şəraitinin mənfi fəsadları nəzərə alınaraq qabaqlayıcı tədbirlər həyata keçirilib. Məsələn, müvafiq su hovuzları su ilə doldurulur, köpük əmələ gətirən maddələr çənlərə qablaşdırılaraq saxlanılır. Bundan əlavə, yağ tutumlu avadanlıqların yağ sızmalarının qarşısı vaxtında alınır, yanğın əleyhinə tədbirlər görülür. Şəbəkə rayonlarında növbətçi heyətin yanğına qarşı hazırlığını artırmaq məqsədilə xüsusi təlimlər keçirilir.

Hazırda analoji tədbirlərin davam etdirildiyini bildirən mənbə onu da vurğuladı ki, bütün bunlar yarımstansiyaların, elektrik verilişi xətlərinin qəzasız və dayanıqlı işləməsi üçün əsaslı zəmin yaradır.

Xəbər lenti

Xəbər lenti